ÇL: “Mən televizorda “Real”a baxaraq böyümüşəm” – Kvaratsxeliya

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Real”la qarşılaşacaqları Çempionlar Liqası oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, gürcü futbolçu İspaniya klubu ilə rəqib olduqları üçün xoşbəxt olduğunu söyləyib:

“Mən televizorda “Real”a baxaraq böyümüşəm və indi bu komanda meydanda, bizim stadionda mənim rəqibimdir. Belə bir axşamda xoşbəxt olmamaq mümkün deyil.

“Napoli” hamıya hörmət edən, amma heç kimdən qorxmayan komandadır. Biz İtaliya çempionuyuq və bu qarşılaşmada qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

“Napoli” bu gün “Real”la qarşılaşacaq. Oyun saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button