
“Mən Qurban müəllimin sözünün qarşısına söz deyə bilmərəm” – Azər Bağırov
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov bu gün bir xalın da onlar üçün qənimət olduğunu bildirib:
“Bütün azarkeşlərimizə təşəkkür edirəm. Bu gün bir xal da bizim üçün qənimətdir. Xallarımızın üzərinə xal gəldi. Oyunun ilk 15 dəqiqəsi çətinlik çəkdik. “Qarabağ” kimi komandaya qarşı oyunlarda əks-hücum taktikasından yararlanmalısan. Çünki hamısı top-oyunçulardır. Oyunçularım bir xal münasibəti ilə təbrik edirəm.
Mən Qurban müəllimin sözünün qarşısına söz deyə bilmərəm. Nə deyibsə, razıyam. Meydanın sulanmamasını bildiribsə, düz deyib. Həqiqətən, mən bir söz deyə bilmərəm. Düz deyib.
“Sumqayıt”la oyunun ikinci hissəsini yaxşı keçirmədik. Sonda məğlub olduq. Üçüncü dövrəni yaxşı keçirən komandalardan biriyik. Hə, daxildəki problemləri aradan qaldırmağa çalışırıq. İnanın ki, onları tapmışıq və bugünkü oyun məhz onun bəhrəsi idi.
Meydançanın sulanmaması “Qarabağ”a daha çox təsir göstərmiş ola bilər. Çünki oyunçuları keyfiyyətlidir. Komandada top-oyunçular üstünülk təşkil edir”.
“Kəpəz” növbəti turda “Səbail”lə üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


