“Mən “Real”ın tarixinə düşmək istəyirdim”
“Real”ın hücumçusu Vinisius Junior 2022-ci ildə “Liverpul”la Çempionlar Liqasının final oyununu yada salıb.
Həmin görüşdə “kral klubu” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Vinisius vurub.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu bunun inanılmaz bir şey olduğunu bildirib:
“Bu mənim ilk finalım idi. Mən qalib gəlmək və “Real”ın tarixinə düşmək istəyirdim. Həmin matçda qələbə qolu mənim üçün çox vacib idi. Bu, inanılmaz bir şey idi. Mən burada qol vurmaq və klubun tarixinə töhfə vermək üçün oynayıram”.
24 yaşlı forvardın Madrid klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin