“Qarabağ”ın rəqibində qarşıdurma – Baş məşqçi aydınlıq gətirdi

“Napoli”nin baş məşqçisi Antonio Konte yarımmüdafiəçi Kevin De Bruyne ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Belçikalı futbolçunun A Seriyasının “Milan”la oyununda əvəzlənməsindən narazı qalması mediada tərəflər arasında konflikt iddialarını gücləndirmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Konte məsələni belə şərh edib:

“De Bruyne bizə fərqli reallıqdan gəlib. O, uzun illər ən yüksək səviyyədə – “Mançester Siti”də çıxış edib. Mənim ona qarşı sözüm yoxdur, yaxşı insandır, çox çalışır. Onu başa düşürəm, oynamaq istəyir, amma futbolda əvəzləmələr var. Mən qələbə qazanmaq istəyirəm və kimisə əvəz edirəmsə, bu, yalnız komandanın xeyrinədir”.

“Napoli” dünən UEFA Çempionlar Liqasının 2-ci turunda Lissabon “Sportinq”ini 2:1 hesabı ilə məğlub edib. De Bruyne həmin matçda Rasmus Hoylundun hər iki qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

Kontenin komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button