
Xavi İspaniya futbolunu tənqid etdi, harada işləmək istədiyini açıqladı
“Barselona”nın sabiq baş məşqçisi Xavi işə mümkün qayıtması ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya çempionatında gərginliyin çox olduğunu söyləyib:
“Mən tələsmirəm, amma yaxşı bir layihə əldə etmək istərdim. İşləmək və layihəni inkişaf etdirmək üçün dörd iliniz var. Mən Premyer Liqada işləmək istərdim, çünki oradakı həvəsi sevirəm.
İspaniyada hər şey nəticəyə yönəlib. Görün, Karlo Ançelotti ilə nə baş verir, hamı onu tənqid edir. Bu, ədalətli deyil. O, 10 ildə 30 titul qazanıb və heç nə qazanmamış kimi tənqid olunur. Ernesto Valverde bunu yaxşı söyləyib: “Ançelotti tənqid olunursa, başqalarının nə ümidi var?” İspaniyada təzyiq çox güclüdür, xüsusən də, “Barselona” və “Real”da.
“Çelsi” və “Arsenal” yaxşı layihədir. Mikel Arteta altı ildir ki, “Arsenal”a rəhbərlik edir və bir neçə çətin mövsüm keçirdi. Lakin klub prosesə inandı və onu davam etdirdi. İspaniyada bu baş vermir”.
Bizi Facebook-da izləyin



