Flik: “Oyunçuların narazılığını başa düşürəm”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbolçuların oyun müddətinin azlığından narazılıqları haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oyunçuların narazılıqlarını başa düşdüyünü bildirib:

“Oyunçuların narazılığını başa düşürəm. Mən peşəkar futbolçu olmuşam, buna görə də onları anlayıram. Hər kəs komandanın bir parçası ola və töhfə verə biləcəyini göstərmək istəyir. Bunu başa düşürəm, amma reaksiyanı başa düşmürəm. Bu, qəbul edilməli olan bir vəziyyətdir. Biz “Selta” ilə matçda əla geridönüş etdik və düzgün qərar verdik. Bundan sonra baş verənləri deyil, futbolçulardan yaxşı reaksiya görmək istəyirik. Hamı qələbəni qeyd edir. Futbolçuların oyun zamanı reaksiyalarını izləməyi xoşlayıram”.

“Barselona”nın La Liqada “Selta”ya 4:3 hesabı ilə qalib gəldiyi oyunda Ansu Fati əvəzetmədən meydana çıxmayacağını bildikdən sonra su qabını təpikləyib. İspaniyalı futbolçu ötən ilin noyabrından bəri La Liqada meydana çıxmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button