“Mən parisliyəm, amma…” – “Milan”ın qapıçısı
“Milan”ın qapıçısı Mayk Menyan gələcəkdə PSJ-yə qayıtma ehtimalını şərh edib.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper Milan klubu ilə etibarlı müqaviləsi olduğunu bildirib:
“Mən parisliyəm, amma bu gün “Milan” ilə etibarlı müqaviləm var. Gələcəyə gəlincə, biz dəqiq heç nə bilə bilmərik”.
Menyan ötən mövsüm A Seriyasında 22 oyuna çıxıb, 21 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin