“Mən özüm də hər matçda səhv edirəm” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike qapıçı Canluici Donnarummanın “Monako” ilə son Liqa 1 matçında (5:2) səhvi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis italyan qolkiperin əla çıxış etdiyini bildirib:

“Hər kəs səhv edir, amma bu, onda ilk dəfədir. Mən həmişə qapıçıdan ilk ötürməni etməyi xahiş edirəm. Bu gün səhv etdi, amma bu, futbolun bir hissəsidir. Əks halda, o, əla idi. O, bu “ləkə”dən tez sağalmağı bacardı. Mən özüm də hər matçda səhv edirəm. Donnarummanın mövsümü əla keçir, onun çıxışından və davranışından məmnunam”.

PSJ 30 xal toplayıb və Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. “Monako” 3-cü yerdədir (24 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button