“Bu matçın hər kəs üçün nə qədər vacib olduğunu başa düşürük”

“Mançester Yunayted”in qapıçısı Andre Onana Premyer Liqanın 27-ci turunun “Mançester Siti” ilə qarşıdakı oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az “Utd Plug”-a istinadən xəbər verir ki, kamerunlu qolkiper matçın çətin olacağını bildirib: 

“Biz bu matçın hər kəs üçün nə qədər vacib olduğunu başa düşürük. Başa düşürük ki, çox çətin olacaq, amma çalışacağıq ki, qələbə qazanaq. Bəli, bu asan məsələ deyil, amma mən öz komanda yoldaşlarıma inanıram. Mübarizə aparacağıq”.

“Mançester Yunayted” Premyer Liqada 26 turdan sonra 44 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Mançester Siti” 59 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button