
“Mən Messini tarixin ən yaxşı futbolçusu hesab edirəm”
“Əl-Əhli”nin futbolçusu Julian Draksler PSJ-də Lionel Messi və Neymarla birlikdə oynaması ilə bağlı xatirələrini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bunu söyləyib:
“Mən Messini tarixin ən yaxşı futbolçusu hesab edirəm. Amma Neymarı da qeyd etmək istəyirəm. O, PSJ-yə keçəndə bu, inanılmaz idi”.
Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Neymar isə 6 il Fransa klubunun heyətində olub. Messi hazırda “İnter Mayami”də, Neymar “Santos”da oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



