“Messi, Maradona və Ronaldinyo kimi bir miras buraxmaq istəyirəm”

“Barselona”nın vingeri Lamin Yamal Kataloniya klubunda miras buraxmaq istədiyini bildirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu söyləyib:

“Mən Messi, Maradona və Ronaldinyo kimi bir miras buraxmaq istəyirəm. Onlar “Barselona” tarixində üç əfsanəvi oyunçudur. Hər uşaq onları təqlid edir. Onların “Barselona”ya böyük miras qoymalarına görə minnətdaram”.

Yamalın “Barselona” ilə yeni müqaviləsi 2031-ci ilin yayında başa çatacaq. 18 yaşlı futbolçu son mövsümdə Kataloniya klubunun heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. O, yeni mövsümdən komandada 10 nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button