“Salah üçün darıxıram” – Qətərdə oynayan futbolçu

“Əl-Sədd”in hücumçusu Roberto Firmino “Liverpul”da keçmiş komanda yoldaşı Məhəmməd Salah haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard bunu deyib:

“Mən “Liverpul”da Salahla oynadığım üçün xoşbəxtəm. Onun üçün darıxıram. Məni izləyirsə, ona demək istəyirəm ki, onunla və dostluğumuzla çox fəxr edirəm”.

Firmino 2015-2023-cü illərdə “Liverpul”da çıxış edib. O, bu müddət ərzində 362 oyun keçirib, 111 qol vurub və 76 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçunun hazırda Qətər klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button