“Komandamla qürur duyuram” – Millinin baş məşqçisi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Norveçlə matçını (3:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəticədən məmnun olduğunu deyib:

“Bu matça qədər bir neçə gün sistemi düzəltməyə çalışdıq. Əldə etdiyimiz nəticəyə görə məmnunam. Bu, birlikdə işləməyimizin göstəricisidir.

Bəzən əla çıxış edirsən, amma top tora qovuşmadığı üçün minimal hesabla qələbə qazanırsan. Əslində, mən komandamla qürur duyuram”.

İspaniya yığması hazırda A qrupunda 3 xalla birinci, Norveç isə 0 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button