
“Mən heç vaxt penaltini qaçırmamışam” – Konte
“Tottenhem”in baş məşqçisi Antonio Konte DÇ-2022-nin 1/4 finalının İngiltərə – Fransa matçı haqda fikirlərini bölüşüb.
Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Tottenhem”in hücumçusu Harri Keynin penalti zərbəsindən yararlana bilməməsi barədə danışıb:
“O, ilk penaltini dəqiq yerinə yetirdi. İkinci cəhdi qaçırdı. Mən heç vaxt penaltini qaçırmamışam”.
İngiltərə yığması DÇ-2022-nin 1/4 finalında Fransaya məğlub olaraq (1:2), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin