“Halandı “Barselona”da görmək istəyərdim” – Pedri
“Barselona”nın yarımmüdafiəçisi Pedri “Mançester Siti”nin hücumçusu Erlinq Halandı komandasında görmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 21 yaşlı futbolçu açıqlamasında bildirib:
“Mən Halandı “Barselona”da görmək istəyərdim. O, çox yaxşı futbolçudur. Çoxlu qollar vurur. Robert Levandovski isə 60 yaşına qədər oynaya bilməz”.
Levandovski bu mövsüm bütün turnirlərdə “Barselona”nın heyətində 21 matçda çıxış edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Haland isə 22 matça çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin