“Mən hər şeyi bilirəm” fikrini söyləyən adam deyiləm”

“Çelsi”nin yeni baş məşqçisi Frenk Lempard “Everton”da çalışdığı dönəm haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinin inkişaf etməsində qatqısının olduğunu dilə gətirib:

“Orada dəyişikliklər etdim. Mən buna “dəyişiklik” yox, “inkişaf” deyərdim. İkinci versiya daha yaxşıdır. Hər zaman dinləməyə, izləməyə, öyrənməyə və düşünməyə açıq olmuşam.

Qətiyyən “mən hər şeyi bilirəm” fikrini söyləyən adam deyiləm. Geriyə baxanda inkişaf etdiyini hiss etdiyim bəzi məqamlar var. Əldə edəcəyimiz nəticələr burada necə işlədiyimin və oyunçulara necə təsir edə biləcəyimin göstəricisi olacaq”.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button