![](https://komanda.az/wp-content/uploads/2023/05/Musiala-720x470.jpg)
“Mən həqiqətən xoşbəxtəm”
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala klubu ilə müqavilə müddətinin uzadılmasına münasibət bildirib.
Tərəflər arasında yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Sözləşmənin maliyyə detalları açıqlanmayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu həqiqətən xoşbəxt olduğunu bildirib:
“Mən həqiqətən xoşbəxtəm. “Bayern” dünyanın ən böyük klublarından biridir. Peşəkar futbolda ilk addımlarımı burada atdım və inanıram ki, yaxın illərdə bu klubla böyük bir şeyə nail ola bilərik. Özümü həm Münhendə, həm də klubda gözəl azarkeşlərimizin yanında evdəki kimi hiss edirəm. Bizim nail olmaq istədiyimiz bir çox məqsədlərimiz var. Mən qarşıda olan hər şeyi səbirsizliklə gözləyirəm”.
Musiala bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla əvvəlki müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə idi.
Bizi Facebook-da izləyin