“Mən həmişə oyunlarda ikinci hissələrə güvənirəm” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 13-cü turunun matçında “Vilyarreal” üzərində qazanılan qələbədən (3:1) danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, ikinci hissənin daha yaxşı keçdiyini bildirib:
“İkinci hissəni planlanmış şəkildə oynadıq. Əvəzetmələr matçın gedişatını dəyişdi və buna ehtiyac var idi. Mən həmişə oyunlarda hər şeyin sonda həll olunduğu ikinci hissələrə güvənirəm. Ona görə də, Markos Llorente, Korrea və Pablo Barrios kimi bəzi oyunçular matça ehtiyat oyunçular skamyasında başlayırlar. Onların fərqli sürətləri var”.
“Atletiko” 13 turdan sonra 28 xalla La Liqada 4-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin