
“Mən həmişə kölgədə olmuşam” – “Barselona”nın futbolçusu
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes komandadakı mövqeyindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu həmişə hazır olduğunu söyləyib:
“Mən həmişə hazıram, çalışqanam. Xavi, Deku və Hans-Diter Fliklə işləmək mənə inam verdi. İndi mən öz futbolumu oynaya bilirəm, buna görə onlara çox minnətdaram. Mən həmişə kölgədə olmuşam, öz dəyərimi sübut etməliydim. Yolum çətin oldu, amma bu təcrübə sayəsində “Barsa”nın əsas komandasındakı yerimi daha da qiymətləndirirəm. Bu mənim arzum idi”.
21 yaşlı yarımmüdafiəçi hələ də “Barselona”nın əsas heyətinə düşə bilməyib, ancaq özünü vacib rotasiya oyunçusu kimi təsdiqləyib.
Lopes bu mövsüm keçirdiyi 25 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin