
“Mən həmişə “Çelsi”yə inanacam” – Fernandes
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes davamlı uğursuzluqlara baxmayaraq, komandaya inandığını bildirib.
Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan argentinalı futbolçu, əsas məqsədin kuboklar qazanmaq olduğunu deyib:
“Mən həmişə “Çelsi”yə inanacam. Hər matçda qalib gəlməyə və peşəkarcasına irəliləməyə çalışacam. Əsas məqsəd kuboklar qazanmaq və futboldan həzz almaqdır”.
İngiltərə Premyer Liqasının 23 turundan sonra “Çelsi” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Zadəganlar” fevralın 26-da “Tottenhem”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin