
“Həmişə “Barselona”da oynamaq istəmişəm” – Sabiq futbolçu
Niderland millisinin sabiq hücumçusu Robin van Persi vaxtı ilə “Barselona”ya keçmək arzusundan danışıb.
Komanda.az “SEG Stories”-ə istinadən xəbər verir ki, o, həmişə “Barselona”da oynamaq istədiyini bildirib:
“Mən həmişə “Barselona”da oynamaq istəmişəm. 2015-ci ildə, “Fənərbaxça”da çıxış etdiyim ilk aylarda, o vaxtkı menecerim Keys mənə dedi ki, “Barselona” mənim namizədliyimi müzakirə edir. Bu, tamamilə real variant idi. Bir qədər sonra o zəng edib dedi ki, transfer baş tutmayacaq. Hər şey dağıldı. Halbuki mən doğrudan da, onlara qoşulmağı çox istəyirdim”.
41 yaşlı Van Persi hazırda sabiq komandası “Feyenoord”u çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



