“Mən 0:0 yox, 4:3 hesabı ilə bitən matça üstünlük verərdim”
Çempionlar Liqasının finalının səfiri Rober Pires yarımfinal mərhələsinin “Real” – “Mançester Siti” cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, keçmiş futbolçu ilk oyunu çox bəyəndiyini deyib:
“İlk matçı çox bəyəndim. Çox yüksək səviyyədə oyun idi. Hər iki komanda çox güclüdür və oxşardır. Hər ikisinin bəzən problemləri olur. Bu oyunu izləmək çox maraqlıdır. Mən həmişə 0:0 yox, 4:3 hesabı ilə bitən matça üstünlük verərdim”
İlk görüşdə “Mançester Siti” “Real”a 4:3 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün, saat 23:00-da Madriddə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin