“Mən hələ də Premyer Liqaya bağlıyam” – “Bayern”in futbolçusu
“Bayern”in vingeri Leroy Sane İngiltərə çempionatına mümkün qayıdışı ilə bağlı şayiələrə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ də Premyer Liqaya bağlı oluğunu söyləyib:
“Mən hələ də Premyer Liqaya bağlıyam və bəzi matçları televizorda izləyirəm. Ancaq ən yaxşı oyunumu göstərə, inkişaf edə və titullar qazana biləcəyim bir klubda oynamaq fürsəti məni cəlb edir. “Bayern”də bütün bunlar var, mənim ən böyük vəzifələrim və hədəflərim budur”.
Əvvəllər “Mançester Siti”də çıxış edən 28 yaşlı yarımmüdafiəçi “Arsenal”, “Mançester Yunayted” və ya “Nyukasl”a keçə bilər. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Sane cari mövsümdə bütün yarışlarda “Bayern”in 11 matçında iştirak edib, 3 qol vurub.
Bizi Facebook-da izləyin