“Gülər və Endriklə işləməkdən çox zövq alıram” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun hücumçusu Endrik və yarımmüdafiəçisi Arda Gülərlə işləmək təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçudan razı olduğunu bildirib:
“Mən Gülər və Endriklə işləməkdən çox zövq alıram. Onlar çox tez öyrənirlər və göstərişlərimə diqqət yetirirlər”.
Arda “Real”a “Fənərbaxça”dan, Endrik isə “Palmeyras”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin