
“Çox yaxşı başa düşürəm ki, onlar məndə səhv tapacaqlar” – Yeni baş məşqçi
“Tottenhem”in yeni baş məşqçisi Tomas Frank komandası haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, məğlub olmayan iki komandanı xatırladıb:
“Başa düşürəm ki, burada təzyiq olacaq, bu, təbiidir. Maraqlıdır, amma bunu özünüz yaşadığınız zaman yox. Amma mən uzun illərdir məşqçilik edirəm və çox yaxşı başa düşürəm ki, bu, böyük klubdur və onlar məndə səhv tapacaqlar. İlk gündə bütün heyətə dediyim kimi, bir şeyə yüz faiz söz verə bilərəm: məğlubiyyətsiz etməyəcəyik.
Mən elə komanda görməmişəm ki, heç bir matçda uduzmasın. Lap əvvəllər “Arsenal” var idi. “Preston” da var idi və onlar mövsümü məğlubiyyətsiz keçən yeganə iki komanda idi”.
51 yaşlı danimarkalı mütəxəssis mövsümlərarası fasilədə “Tottenhem”in baş məşqçisi olub.
Bizi Facebook-da izləyin