
“Mən Simeoneni “Mançester Yunayted”də istəyirəm”
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin komandaya hansı məşqçinin rəhbərlik etməsini istədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun seçimi “Atletiko”nun baş məşqçisi Dieqo Simeonedir:
“Mən Simeoneni “Mançester Yunayted”də istəyirəm. O, orada xaosa səbəb olacaq. Amma yaxşı mənada. O, komandanı yenidən qura bilən məşqçidir. Onun çox güclü şəxsiyyəti və uzun karyerası var”.
“Qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Ruben Amorimdir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



