Ronaldinyo: “Mən də məğlubiyyətdən sonra ağlayardım”

Braziliyalı keçmiş yarımmüdafiəçi Ronaldinyo milli komandanın DÇ-2022-dəki uğursuz çıxışı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandada özünəinamın olmadığını deyib:

“Dünya çempionatında Braziliyaya nə oldu? Titenin komandasında uğur qazanmaq üçün hər şey var idi – kompozisiya, driblinq, sürət, taktiki keçidlər, amma ən vacib şey – özünəinam yox idi. Bu, penaltilər seriyasında da özünü göstərdi. Məndə belə bir təəssürat yarandı ki, həmin an komandada çaşqınlıq yaranıb. Sanki onlara dedilər ki, “Dayan!”

Futbolda belə hadisələr olur. Sadəcə həmin gün onlar qalib gələ bilmədilər. İstənilən azarkeş üçün məğlubiyyət acıdır. Futbolçuların nə hiss etdiyini təsəvvür etmək belə, çətindir. Mən də məğlubiyyətdən sonra ağlayardım. Duyğularınızı heç vaxt gizlədə bilməzsiz”.

Ronaldinyo Zinəddin Zidanın Braziliya millisinə baş məşqçi təyin olunması ehtimalını da dəyərləndirib:

“Zidan komandamıza rəhbərlik edə bilərmi? Çox maraqlıdır. Amma onun bunu edə biləcəyinə çox şübhə edirəm. Braziliyanın öz mütəxəssisinə ehtiyacı var”.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzaraq (penaltilər – 2:4), turnirlə vidalaşıb. “Sambaçılar” baş məşqçi Tite ilə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button