
“Mən də istəyirəm ki, “Barselona” stadionuna dönsün” – La Liqanın prezidenti
“Barselona” yenidən qurulan “Kamp Nou” stadionuna hələ də qayıda bilmir.
Uzun zamandır gözlənilən bu qayıdışın yaxın vaxtlarda baş tutacağı bildirilsə də, proses mütəmadi olaraq təxirə salınır.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, İspaniya La Liqasının prezidenti Xavyer Tebas məsələyə münasibət bildirib:
“Bu problem barədə mən danışmamışam, sadəcə oxumuşam. “Barselona” mümkün qədər tez “Kamp Nou”da oynamaq istəyir, ancaq lisenziya ilə bağlı çətinliklər qalır. Mən də istəyirəm ki, komanda nəhayət, öz stadionuna dönsün. Amma hər şeyə görə gileylənməkdənsə, bir az gözləmək lazımdır”.
Hans-Diter Flikin komandası sabah La Liqada səfərdə “Sevilya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



