Xoşbəxt, qürurlu və həyəcanlı
PSJ-nin yeni futbolçusu Karlos Soler “Valensiya”dan Fransa klubuna keçidini şərh edib.
Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Soler çox xoşbəxt olduğunu deyib:
“Mən çox xoşbəxtəm! Bu, karyeramda yeni bir macəradır, ona görə də, çox qürurlu və həyəcanlıyam. Bu klub üçün hər şeyimi verməyə hazıram. Çərşənbə axşamı doğma meydanda Çempionlar Liqasında ilk oyunumuzu keçirəcəyik. Əminəm ki, bu, hamı üçün xoş axşam olacaq”.
Soler “Valensiya” klubunun məzunudur. O, ümumilikdə bu klubda 17 il keçirib. 25 yaşlı ispaniyalı ilə PSJ arasında 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin