Donnarumma klubundan ayrılmaq fikrində deyil

PSJ-nin qapıçısı Canluici Donnarumma komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı qolkiper burada özünü yaxşı hiss etdiyini söyləyib:

“Çox söz-söhbət var, amma mənim prioritetim PSJ ilə yeni müqavilə imzalamaqdır. Mən burada özümü yaxşı hiss edirəm, düşünürəm ki, məni bu klubda sevirlər”.

Daha əvvəl bildirilmişdi ki, “İnter” 25 yaşlı qapıçı ilə maraqlanır və Donnarumma o vaxta qədər parislilərlə müqaviləsini uzatmasa, cari mövsüm başa çatdıqdan sonra onunla danışıqlara başlaya bilər. Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button