“Mən burada çox xoşbəxtəm” – “Real”ın qapıçısı
İcarə əsasında “Real”da çıxış edən qapıçı Kepa Arrisabalaqa gələcəyi barəsində danışıb.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispan qolkiper daimi olaraq Madrid klubunda qalmaq istədiyini bildirib:
“Real”da qalmaq istərdim. Bunu kim istəməz? Mən burada çox xoşbəxtəm”.
“Kral klubu” Arrisabalaqanı 2023/24 mövsümünün sonuna qədər “Çelsi”dən icarəyə götürüb. 29 yaşlı qapıçı bütün turnirlərdə 9 oyunda iştirak edib və 5 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin