“Fənərbaxça”nın baş məşqçisi narazıdır

“Fənərbaxça”nın yeni baş məşqçisi Jorje Jesus Türkiyə çempionatında əcnəbi futbolçu limitini bəyənmədiyini etiraf edib.

Komanda.az xəbər verir ki, o, kluba uyğunlaşmalı olduğunu da deyib:

“Uyğunlaşıram, amma əcnəbi oyunçuların şərtləri ilə bağlı məhdudiyyət əvəzedici seçimimi çətinləşdirir. Portuqaliyada istəsəm, heyətdə 11 braziliyalı ilə oynaya bilərdim. Lakin burada elə deyil. Mən bu qaydalara uyğunlaşmalıyam”.

Türkiyənin Super Liqa matçlarında meydanda ən azı üç türk futbolçu olmalıdır.

Portuqaliyalı mütəxəssis iyun ayının əvvəlindən “Fənərbaxça”nı çalışdırır. Onunla 2022/23 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button