“Mən bu çağırışa əzmlə yanaşıram” – “Borussiya”nın yeni baş məşqçisi

“Borussiya”nın yeni baş məşqçisi Niko Kovaç Dortmund komandasına təyinatını şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı bu çağırışa əzmlə yanaşdığını bildirib:

“Əminəm ki, biz birlikdə çox şeyə nail ola bilərik. Komanda ölkə çempionatında və UEFA Çempionlar Liqasında yaxşı nəticə göstərmək üçün iradə və çox çalışmaq istəyi nümayiş etdirməlidir. Mən bu çağırışa əzmlə yanaşıram”.

53 yaşlı mütəxəssis dortmundlularla 2026-cı ilə qədər olan müqavilə imzalayıb.

“Borussiya” Bundesliqanın cari mövsümündə yaxşı çıxış etmir. Komanda 19 turdan sonra 26 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button