“Bu axşam sevincdən atılıb-düşməyəcəm, amma…” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam yoldaşlıq görüşündə Çili yığması üzərində qələbəni (3:2) şərh edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, iyun ayında daha yaxşı nəticələr əldə edəcəklərinə inanır:

“Mən bu axşam sevincdən atılıb-düşməyəcəm, amma pis başlanğıcdan sonra bu matçda qalib gəlmək yaxşıdır. Düzgün reaksiya verdik. Zədə səbəbindən iki futbolçumuzu da itirdik (Conatan Kloss və Eduardo Cavaminqa). Bu tip matçları dəyərləndirməməliyik, lakin iyun ayında fərqli şeylər etməliyik. İmkanlarımız var, iradəmiz var. Bu dəfə gücümüz maksimum deyildi.

Bu mart bizin üçün əvvəlkilərdən daha çətin keçdi. Bunun arxasında duran problemləri, oyunçuların ağlında nə olduğunu başa düşürəm. Oyunçulara dedim ki, iyunda daha çox səy göstərəcəyik. Rəqiblərimiz bizə qarşı böyük əzmkarlıq nümayiş etdirirlər”.

Fransa millisi yayda keçiriləcək Avropa çempionatında Avstriya, Niderland və Polşa yığmaları ilə bir qrupda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button