“Mənim oyunuma şübhə edirsiz?” – Noyer
Almaniya millisinin qapıçısı və kapitanı Manuel Noyer DÇ-2022 barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Noyer millidəki komanda yoldaşları barədə fikir bildirib:
“Milli komandamızın dünya səviyyəli qapıçılarının olduğunu bilirik. Mark-Andre ter Ştegen və Kevin Trappla çox yaxşı anlaşırıq.
Mənim oyunuma şübhə edirsiz? Məşqçilər heyəti lap əvvəldən aydın şəkildə bildirdi ki, mən bir nömrəyəm”.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin