“Mançester Yunayted”dən “Betis”ə keçən futbolçu: “Çox xoşbəxtəm”

“Betis”in cinah oyunçusu Antoni yeni komandasındakı uğurlu oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya klubunda xoşbəxt olduğunu bildirib:

“Ən əsası xoşbəxt olmaqdır və mən “Betis”də çox xoşbəxtəm. Hər şey təbii olaraq baş verir. Burada məni Avropaya gətirən futbolu göstərə bilərəm”.

24 yaşlı braziliyalı futbolçu qış transfer pəncərəsində “Mançester Yunayted”dən icarə əsasında “Betis”ə keçib. O, İspaniya klubunun heyətində bütün turnirlərdə 4 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button