“Barselona”ya superulduz olmaq üçün gəlməmişəm” – Gündoğan

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Kataloniya klubuna niyə keçdiyini açıqlayıb.

Komanda.az “Esport 3”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, məqsədinin komandaya kömək etmək olduğunu bildirib:

“Mən “Barselona”ya parlamaq və superulduz olmaq üçün gəlməmişəm. Məqsədim bütün komandaya kömək etməkdir”.

Gündoğan bu mövsüm La Liqada 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.

33 yaşlı futbolçu yayda “Barselona” ilə 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button