Flik: “Barselona”da keçirdiyim hər saniyədən həzz alıram”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubdakı ilk iş həftələrindən sonra təəssüratlarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Milan”la yoxlama oyunundan sonra bu haqda danışıb:

“Barselona” böyük klubdur və mən burada keçirdiyim hər saniyədən həzz alıram. Məni çox yaxşı qarşıladılar”.

Oyun 2:2 hesabı ilə başa çatıb və penaltilər seriyasında İtaliya klubu üstün (4:3) olub.

Flik mövsümlərarası fasilədə Xavi Hernandesi əvəzləyərək, Kataloniya klubuna yeni baş məşqçi təyin olunub. 59 yaşlı mütəxəssisin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button