“Mən “Barselona” tarixinin ən yaxşı prezidentiyəm”

“Barselona”nın keçmiş prezidenti Sandro Rosel özünü klub tarixinin ən yaxşı prezidenti hesab edir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 60 yaşlı funksioner özünü ən yaxşı adlandırıb:

“Qazanılan kubokları və rəhbərlik etdiyim illəri hesablasaz, mən “Barselona” tarixinin ən yaxşı prezidentiyəm. Xosep Maria Bartomeu ikinci, Xuan Laporta isə üçüncü yerdədir”.

Sandro Rosel “Barselona”nın prezidenti kimi həyata keçirilən qanunsuz işlərə görə ittiham olunurdu.

Kataloniyalıların hazırkı prezidenti Xuan Laportadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button