“Mən Avropa çempionatının qalibi olmaq istəyirəm – Qrizmann
Fransa millisinin hücumçusu Antuan Qrizmann qarşıdan gələn 2024-cü il Avropa çempionatında hədəflərindən danışıb.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, fransalı forvard AÇ-2024-ün qalibi olmaq istədiyini bildirib:
“Mən bu turnirin qalibi olmaq istəyirəm. 2016-cı ildə kuboka çox yaxın olduğumuz üçün ağrı hiss etdim. Qarşıdan gələn turnirə böyük arzu və həvəslə baxıram. Biz mütəşəkkil komanda olmalıyıq. Mümkün qədər uzağa getmək üçün bütün duellərdə qalib gəlməli və yaxşı müdafiə olunmalıyıq”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransızlar qrup mərhələsində Niderland, Polşa və Avstriya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin