![](https://komanda.az/wp-content/uploads/2025/02/IMG_20250209_151818-780x470.jpg)
Sabiq futbolçu Ronaldo ilə Messi arasında seçim etdi
Almaniya millisinin və “Real”ın keçmiş yarımmüdafiəçisi Sami Kxedira “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə “İnter Mayami”nin forvardı Lionel Messi arasında seçim edib.
Komanda.az “Talkspor”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mən Ronaldonu seçəcəm. Mən onu yaxşı tanıyıram, uzun illər onunla “Real” və “Yuventus”da bir yerdə olmuşam. Ona görə də, yüz faiz Ronaldonu seçəcəm. Eyni zamanda, Messiyə də çox hörmət edirəm”.
Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. 40 yaşlı futbolçu bu mövsüm 8 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin