
“Əminəm ki, Yamal gələcəkdə “qızıl top”u alacaq”
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes “qızıl top” mükafatı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi, “Barselona”nın vingeri Lamin Yamalın gələcəkdə “qızıl top”u alacağından əmin olduğunu bildirib:
“Yamal “qızıl top”u haqq edirdimi? Komanda titulları böyük rol oynadı. Məncə, Lamin də buna layiq idi. Eləcə də, Vitinya, Məhəmməd Salah, Pedri, Rafinya. Çox futbolçu bu mükafata layiq görülə bilərdi, amma komanda ilə qazanılan titullar həlledici olur. Mən əminəm ki, Lamin gələcəkdə “qızıl top”u alacaq. Bu isə o zaman baş verəcək ki, komandası UEFA Çempionlar Liqasını və ya dünya çempionatını qazansın”.
Mükafatın son qalibi Osman Dembelenin (PSJ) parlaq çıxışı məhz ispan mütəxəssisin rəhbərliyi altında “Barselona”da başlamışdı. Səsvermədə ikinci yeri tutan 18 yaşlı Lamin Yamal da böyük futbola Xavinin dönəmində qədəm qoymuşdu.
2024-cü ildə “Barselona”dan gedən Xavi hazırda işsizdir.
Bizi Facebook-da izləyin



