“Mənə göstərdiyiniz münasibətə görə təşəkkür edirəm” – “Qarabağ”ın futbolçusu

İspaniyada zədədən sonra bərpa prosesi keçən “Qarabağ”ın futbolçusu Xayme Romero ölkəsini tərk edib.

Komanda.az xəbər verir ki, tam hazır olan 31 yaşlı futbolçu Albasete şəhərindən Marselə gedib. O, “köhlən atlar”ın Konfrans Liqasının pley-off mərhələsində bu gün “Marsel”ə qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək. Romero Fransadan komanda ilə birlikdə Bakıya qayıdacaq. 

Romero “instaqram” səhifəsində İspaniyadakı bərpa prosesi ilə bağlı paylaşım edib:

“Korreoso, Sergio Sama, Eme Madriqala təşəkkür edirəm. Hər zaman pis durumlardan yaxşı işlər ortaya çıxır. Ömürlük dostlarım. Mənə göstərdiyiniz münasibətə görə sizə təşəkkür edirəm”.

Romero UEFA Konfrans Liqasının 1-ci turunun “Bazel”lə oyununun ilk yarısında zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button