
“Çelsi” hələ heç bir böyük komandanı məğlub etməyib” – Anri
“Barselona”nın sabiq hücumçusu Tyerri Anri “Çelsi”nin cari mövsümdəki çıxışını dəyərləndirib.
Komanda.az xəbər verir ki, fransalı keçmiş futbolçu “Sky Sports”-a açıqlamasında bunu deyib:
“Çelsi” hələ heç bir böyük komandanı məğlub etməyib. Mənə göstər ki, “Mançester Siti”, “Liverpul” və ya “Arsenal”ı məğlub edə bilərsən”.
Londonlular hazırda ardıcıl 7 qələbə qazanıblar. Komanda növbəti matçını dekabrın 19-da, Konfrans Liqasının 6-cı turunda evdə “Şemrok Rovers”lə keçirəcək.
“Çelsi” 16 turun nəticələrinə əsasən, İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin