“Mənə danışmağa icazə vermirlər” – Adı “Bayern”lə hallanan futbolçu
“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Bayern”ə keçə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Fussball News”-a istinadən xəbər verir ki, Palinya ona danışmaq üçün icazə verilmədiyini deyib:
“Mənə danışmağa icazə vermirlər. Amma mən bir şey demək istərdim”.
28 yaşlı portuqaliyalı futbolçunun “Bayern”lə 5 illik müqaviləyə razılaşdığı və “Fulhem”in bu yay onu buraxmasını istədiyi bildirilir.
Palinya ötən mövsüm bütün yarışlarda 40 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin