“Mənə dəyər verəcək klubda oynamaq istəyirəm”

İspaniya millisi ilə Avropa çempionu olan Dani Olmo indi klub səviyyəsində uğur qazanmaq istəyir.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, gələcək üçün müxtəlif variantlarının olduğunu bildirib:

“Gələcək üçün müxtəlif variantlarım var, agentlərim nə istədiyimi dəqiq bilir. Mənə dəyər verəcək klubda oynamaq istəyirəm. İddialı insanam və qazanmaq istəyirəm. Adınızın böyük klublarla hallanması xoşdur”.

26 yaşlı futbolçu hazırda Almaniyada “Leyptsiq”in rənglərini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button