Məmmədzadə də Avropa çempionatında çıxış etdi
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb. O, 89 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Nurlan birdən qaldırma hərəkətində 140 kq-ın öhdəsindən gəlib, təkanla qaldırma hərəkəti və ümumi yarışı isə zədə səbəbindən nəticəsiz başa vurmalı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin