Məmmədyarovun 350000 dollarlıq turnirdə növbəti sınağı
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, “Şah” dairəvi sistemlə təşkil olunan yarışın üçüncü turunda qara fiqurlarla Maksim Vaşye-Laqravla (Fransa) üz-üzə gələcək.
Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci qarşılaşmasında Riçard Rapportla (Macarıstan) heç-heçə edib. O, hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.
Ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin