Məmmədyarovla Rəcəbovdan ilk gündə 3 qələbə, 1 məğlubiyyət

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk yarış gününə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Magnus Carlsen Invitational” adlanan turnirə uğurlu start veriblər.

İlk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə heç-heçəyə razılaşıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn Şəhriyar son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.

Teymur isə ilk 4 görüşünü bərabərliklə başa vurub. Rəcəbov müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. O, son qarşılaşmada Dubov üzərində qələbəyə sevinib.

1-ci tur
Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov – 0:1
Teymur Rəcəbov – Aniş Giri (Niderland) – 0,5:0,5

2-ci tur
Teymur Rəcəbov – Alan Piçot (Argentina) – 0,5:0,5
Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya) – 0,5:0,5

3-cü tur
Uesli So (ABŞ) – Teymur Rəcəbov – 0,5:0,5
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov – 0,5:0,5

4-cü tur
Şəhriyar Məmmədyarov – Yorden van Forest (Niderland) – 1:0
Teymur Rəcəbov – Levon Aronyan (Ermənistan) – 0,5:0,5

5-ci tur
Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov – 0:1
Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov – 1:0

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button