Məmmədyarov ABŞ şahmatçısına uduzub
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 5-ci turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib. Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub.
“Şah” növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu – səkkisizinci sırada qərarlaşıb.
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.
Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin